Приходите в гости к нам Здесь понравится всем вам!

среда, 16 ноября 2011 г.

Проводится II Общереспубликанский Форум детей Азербайджана.


Azərbaycan Uşaqlarının 2-ci Ümumrespublika Forumu keçirilir


Azərbaycan Uşaqlarının 2-ci Ümumrespublika Forumu öz işinə başlayıb. Forum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Heydər Əliyev Fondunun və YUNİSEF-in dəstəyi ilə keçirilir.
http://www.aztv.az/readnews.php?lang=az&id=3443

Bu gün keçirilən 2-ci forum isə uşaqlara öz hüquqlarının müdafiəsi istiqamətində onları maraqlandıran məqamları müzakirə etmək və müvafiq təşəbbüslə çıxış etmək imkanı yaradır. Respublikanın 85 rayon və şəhərindən 350 uşağın qatıldığı  bu forumda xüsusi qayğıya ehtiyacı olan, xüsusi istedadı olan, valideyn himayəsindən məhrum olmuş uşaqların  iştirakına xüsusi yer verilib. 
 Forumun açılış mərasimi  Azərbaycan himninin səslənməsi ilə başlayıb. Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Hicran Hüseynova Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub. Məktubda bildirilir ki, bu il Azərbaycan öz dövlət müstəqilliyini bərpa etməsinin 20 illiyini qeyd edir. Forum iştirakçıları isə müstəqil dövrdə dünyaya gələn gənclərdir. “İnanıram ki, siz Azərbaycanın gələcəkdə də inkişafı üçün  səylərinizi əsirgəməyəcəksiniz”, - deyilən məktubda o da vurğulanır ki, uşaqların hərtərəfli inkişafı və layiqli vətəndaş olmaları – dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Məktubda bu forumun dövlətin bu sahədəki siyasətinə töhfə verəcəyi də qeyd edilir, forumun işinə uğurlar arzulanır.  Tədbirdə bütün Azərbaycan uşaqları adından  dövlət başçısına təşəkkür bildirilib. Prezident İlham Əliyevin Uşaqların dostu mükafatına layiq görüldüyü vurğulanıb.  Sonra ölkəmizdə uşaq siyasətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Hər zaman uşaqları narahat edən problemlərin həllinə çalışan Azərbaycanın 1-ci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlər vurğulanıb. Azərbaycan uşaqları Mehriban Əliyeva ilə qürur duyduqlarını söyləyiblər. Forumda Azərbaycanın  1-ci xanımının da Uşaqların dostu mükafatına layiq görüldüyü bildirilib. Tədbirdə hökumət adından çıxış edən baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan Uşaqlarının 2-ci Ümumrespublika Forumunun ölkə həyatında əlamətdar hadisə olduğunu deyib. Çünki söhbət Azərbaycanın gələcəyindən gedir.
Elçin Əfəndiyev Azərbaycanda uşaq siyasətindən danışıb, əsasi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda prezident İlham Əliyevin davam etdirdiyi bu siyasətin uşaqlarla bağlı bütün məsələlərin həllinə, onların hüquqlarının, keyfiyyətli təhsil, səhiyyə xidmətləri ilə  təmin edilməsinə yönəldiyini əlavə edib. Baş nazirin müavini onu da diqqətə çatdırıb ki, Respublikada uşaqlarla bağlı 30-dan çox dövlət proqramı həyata keçirilir. Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, gənc nəsil tərbiyəli, vətənpərvər olmalı, Azərbaycan xalqının üzərinə düşən vəzifələri dərk etməli, ölkəmizin tarixini bilməlidir. “Biz arxayınıq ki, gələcəyimiz etibarlı əllərdədir”, - deyən Bahar Muradova ölkədə uşaq qanunvericiliyinin də mükəmməl olduğunu diqqətə çatdırıb. YUNİSEF-in Bakı ofisinin rəhbəri Mark Hervord Azərbaycan hökuməti və Heydər Əliyev Fondunun Azərbaycan uşaqlarının həyatının yaxşılaşdırılması istiqamətində gördüyü böyük işləri qeyd edib, uşaqları fəal müzakirələrə çağırıb. Forum iştirakçısı Elnarə Süleymanlı ölkədə uşaqlar üçün yaradılan şəraitə görə dövlət başçısı və Azərbaycanın 1-ci xanımına bütün Azərbaycan uşaqları adından minnətdarlığını bildirib. Sonra forumunda Azərbaycan bölgələri ilə canlı bağlantı yaradılıb. Sumqayıt, Bərdə, Lənkəran, Xaçmaz və Zaqataladan canlı bağlantıya çıxan uşaqlar forumda onları narahat edən məsələlərin müzakirə edilməsini təklif ediblər. Bu təkliflər arasında Qarabağ həqiqətlərinin dünyaya daha geniş çatdırılması, erkən nikah kimi məsələlər olub. Forumun açılış mərasimi istedadlı uşaqların öz məharətini nümayiş etdirməsi ilə yekunlaşıb.
Forum işini seksiyalarda davam etdirir. 

Комментариев нет:

Отправить комментарий