Приходите в гости к нам Здесь понравится всем вам!

понедельник, 14 ноября 2011 г.

В Азербайджане походит Республиканский конкурс детских танцевальных коллективов.


Azərbaycanda uşaq rəqs kollektivlərinin respublika müsabiqəsi keçirilir


Azərbaycanda uşaq rəqs kollektivlərinin respublika müsabiqəsi davam edir.  Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışmanın birinci mərhələsi  başa çatıb.
http://www.aztv.az/readnews.php?lang=az&id=3422

Uşaq rəqs kollektivlərinin respublika müsabiqəsinin  Sumqayıt və Lənkəran şəhərlərində keçirilən zona mərhələləri artıq başa çatıb. Bu mərhələlərdə Abşeron, Xaçmaz, Qobustan, Quba, Qusar, Siyəzən, Şamaxı rayon uşaq incəsənət məktəblərinin şagirdlərindən ibarət rəqs kollektivləri öz məharətini göstərə bilib. Onlar Azərbaycan və dünya xalqlarının rəqslərini təqdim ediblər. Respublika müsabiqəsinin növbəti zona mərhələsi isə  noyabrın 15-dək Ağcabədi, Gəncə, Şəki, Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.  Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan respublika müsabiqəsinin təşkilində məqsəd rəqslərdə milli ənənələrin qorunub saxlanılması, rəqs kollektivlərinin yaradıcılıq səviyyəsinin yüksəldilməsi, gənc istedadların üzə çıxarılmasıdır. Müsabiqə qaliblərinə və fərqlənən kollektivlərə diplom, fəxri fərman, pul mükafatları təqdim olunacaq. Müsabiqə başa çatdıqdan sonra qaliblərin yekun konsertinin keçirilməsi də nəzərdə tutulur.

Комментариев нет:

Отправить комментарий